İpoteka və Kredit Zəmanət Fondu investisiya şirkəti seçir

İpoteka və Kredit Zəmanət Fondu 2,25 milyard manatlıq qiymətli kağızlarının öhdəlik götürmədən yerləşdirilməsi üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar (investisiya şirkətləri) təkliflərini yanvarın 10-na qədər Fondun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanına təqdim edə bilərlər.

Təkliflərə yanvarın 10-da, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Anderrayter xidmətləri qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə uyğun olaraq 3 il ərzində göstərilməlidir. İşlərin ehtimal olunan dəyəri 150 min manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə