Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dekabrın 12-də Amerika fond bazarlarında əsas indekslərdə enmə müşahidə edilib. SİA xəbər verir ki, Dow Jones indeksi 0.53% – 43,914.12 bəndədək, S&P 500 indeksi 0.54% – 6,051.25 bəndədək, Nasdaq indeksi isə 0.66% – 19,902.84 bəndədək azalıb.

Avropa fond bazarlarında isə dekabrın 12-də FTSE 100 indeksi 0.12% – 8,311.76 bəndədək, Almaniyanın DAX indeksi 0.13% – 20,426.27 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.03% – 7,420.94 bəndədək enib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0.07% azalaraq 1.0461 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə