İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin xatirəsini yad edib - FOTO
İqtisadiyyat Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıb. Bu barədə SİA-ya nazirliyə istinadən xəbər verir.
"Müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi həmişə böyük ehtiram, minnətdarlıq və sevgi ilə yad olunur. Həyatını xalqına, dövlətinə, onun inkişafına, müstəqilliyinin möhkəmləndirilməsinə həsr edən dahi şəxsiyyət daim böyük hörmət və rəğbətlə xatırlanacaq. Onun yüksək vətənpərvərliyi, mütərəqqi ideyaları, müdrik siyasəti, zəngin idarəetmə təcrübəsi hər birimiz üçün örnək olaraq qalacaq",- məlumatda qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə