Azərbaycanda oduncağın satışı ilə bağlı növbəti hərrac - FOTO

Yanvarın 13-də, saat 10:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti ilə birlikdə meşə təsərrüfatına dair oduncağın satışı üzrə növbəti dəfə hərrac keçirəcək. SİA bu barədə ƏMDX-ya istinadən xəbər verir.

Məlumata görə, hərrac qurumun Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca Şamaxı rayonunda saxlanılan, qovaq, söyüd və palıd ağaclarına məxsus 12 oduncaq (işlik) məhsulu çıxarılacaq. Hərracdan əvvəl əlaqəli şəxslə oduncağa yerində baxış keçirilməsi və daşınmasını planlaşdırmaq məqsədəuyğundur.

Bütün xəbərlər Facebook səhifəmizdə