2018-2023-cü illərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) iki Ro-Pax və 4 tanker olmaqla ümumilikdə 6 yeni tikili gəmi istismara qəbul edilib. SİA xəbər verir ki, bu barədə ASCO-nun 5 illik fəaliyyətinə dair hesabatında bildirilir.
Sənədə əsasən, son əldə edilən və əldə edilməsi planlaşdırılan gəmilər ümumi donanmanın dedveytini demək olar ki, 2 dəfə artırıb. İkinci əl gəmilər ilə yanaşı, ASCO yeni tikinti layihələrinə də sərmayə qoyub.
2022-2024-cü illərdə bir Ro-Pax, üç 8000-dedveyt kimyəvi tanker, üç sürətli sərnişin gəmisi, dörd dalğıc gəmisi və iki 9800-dedveyt quru yük gəmisi daxil olmaqla 13 yeni tikili üçün sifariş verilib. Bütün bu layihələr enerji səmərəliliyi, ətraf mühitə minimal təsir nəzərə alınmaqla dizayn edilib, 2-3 il ərzində təhvil verilməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə