“Nəqliyyat sahəsi vətəndaşlarımızın sıx istifadə etdiyi bir sistemdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov büdcə barədə danışarkən deyib.
Onun sözlərinə görə, vətəndaşların rahatlığının təmin olunması üçün nəqliyyat sistemində daim yenilənmə, parkların təzələnməsi prosesləri həyata keçirilir: “Bu addımlar hər zaman atılır. Bu sistemdə yeniliyin əldə olunması, müasir nəqliyyat vasitələrinin alınması maliyyə xərcləri təmin edir. Gedişhaqlarından yığılan vəsaitlər də əsasən əməkhaqlarına və parkların yenilənməsinə sərf olunur”.
Aydın Hüseynov sözlərinə belə davam edib: “Bu mənada bu sahədə maliyyə vəsaitləri nə qədər çox olarsa, bu bir daha vətəndaşların rahatlatlığının təmin olunmasına yönəldilir.
Ona görə mən hesab edirəm ki, gediş haqqı ilə bağlı atılan addımlar eyni zamanda ətraf-mühitin qorunmasına, ekologiyanın korlanmasının azalmasına xidmət edir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə