Dekabrın 13-də energetika naziri Pərviz Şahbazov Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA nazirliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Lənkəran şəhər Mədəniyyət Mərkəzində (ünvan: Akademik Zərifə Əliyeva küçəsi, 99) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] e-poçt ünvanı, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin "Lənkəran" filialı (əlaqələndirici şəxs: Xəyyam Aydınov: əlaqə telefonu: (050) 305-51-67, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)
.jpg)

 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     USD
 USD
 EUR
 EUR GBP
 GBP
 RUB
 RUB