"Azərbaycan Dəmir Yolları" sərnişindaşımanı 20 % artırıb

Bu ilin yanvar-noyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 7,6 milyondan çox sərnişin daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, təkcə Bakı-Qəbələ-Bakı marşrutu ilə səfər edən sərnişinlərin və xarici turistlərin sayında isə müvafiq olaraq 64 % və 33 % artım qeydə alınıb.

2023-cü ildə ADY dəmir yolları tarixində ilk dəfə olaraq 7 milyondan çox sərnişinin daşınmasını təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə