ADSEA-nın xüsusi texnikalarına baxış keçirilib - FOTOLAR

2025-ci ildə Gəncə şəhərində keçiriləcək MDB ölkələrinin III oyunları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Gəncə şəhər Sukanal İdarəsində təşkil olunan növbəti tədbirində idarənin xüsusi texnika, nəqliyyat vasitələrinə baxış keçirilib. ADSEA-dan SİA-ya bildirilib ki, tədbirdə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Samir Cəbrayılov, Gəncə şəhər Sukanal İdarəsinin rəisi Şöhrəddin Verdiyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov və agentliyin əməkdaşları iştirak ediblər.

Bildirilib ki, növbəti il Gəncədə təşkil olunacaq oyunlar üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xüsusi texnikaları hazır vəziyyətə gətirilib. İdarə rəisi Şöhrəddin Verdiyev isə qeyd edib ki, Gəncə şəhəri üzrə 71 min 500 abonentə xidmət göstərilir. İdarənin tabeliyində 24 ədəd texnika var ki, onlardan 2 ədədi tam yenidir. Digər texnikalar təmir edilərək, normativ qaydalara uyğunlaşdırılaraq istismara verilib.

ADSEA-nın nümayəndəsi Ülfət Kazımov bildirib ki, nəqliyyat vasitələrinin hamısı əsaslı təmirdən çıxıb və saz vəziyyətdədir. O, 2025-ci ildə Gəncə şəhərində keçiriləcək beynəlxalq olimpiyada ilə əlaqədar hazırlıq işləri getdiyini xatırladıb: “ADSEA-nın “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi olaraq biz də baxış keçirdik. Demək olar ki, tam hazırıq”.

Gəncə şəhər Sukanal İdarəsinin rəisi Ş.Verdiyev Gəncə şəhərində keçiriləcək oyunlarla əlaqədar 6 ədəd texnikanın əsaslı təmir olunaraq, 2 ədəd isə yeni texnikanın verildiyini bildirib.

Tədbirin sonunda idarənin nəzdində olan bütün növ avtomobillərə yerində baxış keçirilib və istismara hazırlıq vəziyyətinə gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə