Virtual aktivlərin tənzimlənməsinə dair qanun layihəsi hazırlanır
Azərbaycan Mərkəzi Bankı (AMB) virtual aktivlərin tənzimlənməsi üçün qanun layihəsi hazırlayır. SİA xəbər verir ki, bunu AMB-nin nümayəndəsi Günay Mahmudova VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2024-2026-cı illəri əhatə edən maliyyə bazarlarının inkişafı strategiyası çərçivəsində “Virtual aktivlər və virtual aktiv xidmət təminatçılarının fəaliyyətinin tənzimlənməsi haqqında" qanun layihəsi üzərində iş aparılır:
“Strategiya çərçivəsində bu qanun layihəsinin tamamlanması nəzərdə tutulub. Bundan əlavə, paylanmış reyestr texnologiyaları ilə bağlı zəruri normativ-hüquqi bazanın yaradılması da planlaşdırılır. Eyni zamanda, bankların İOS (İnformasiya-Əməliyyat Sistemləri) funksionallığına dair tələblərin hazırlanması da prioritet məsələlərdəndir”.
Qeyd olunub ki, bu addımlar maliyyə bazarlarının müasir çağırışlara uyğun şəkildə inkişafını təmin etməyə yönəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə