Bu il noyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 105,4 bənd təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,9 bənd, ilin əvvəlinə nisbətən 3,4 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,6 bənd çoxdur.
Noyabrın 1-nə manatın real effektiv məzənnəsi isə 119,8 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,6 bənd çox, ilin əvvəlinə nisbətən 1,6 bənd, illik müqayisədə isə 5,3 bənd azdır.
Bütün xəbərlər Facebook səhifəmizdə