Azərbaycanın gələn il "Sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində bəzi xərcləri
Azərbaycan gələn il 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində sosial yönümlü tədbirlərin maliyyələşdirilməsi üçün 893 milyon manat xərcləyəcək. SİA xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
"Strategiya çərçivəsində investisiya yönülü layihələr üçün isə 1,1 milyard manat xərclənəcək", - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə