Son illər fəzada kosmik tullantıların həcminin artıb - “Azərkosmos”un sədri

COP29 dünyada keçirilən ən mötəbər tədbirlərdəndir. Bu gün buraya biz kosmik sahənin inkişafı, davamlı inkişaf, data və iqlim dəyişikliklərinin kosmik texnologiya vasitəsilə qarşısının alınmasını müzakirə etmək üçün toplaşmışıq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyinin ("Azərkosmos") İdarә Heyәtinin sәdri Saməddin Əsədov COP29 çərçivəsində keçirilən Kosmik Liderlərin Sammitində deyib.

Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı elektron platforma (“Climate Change from Space”) istifadəyə verildiyini diqqətə çatdıran S.Əsədov kosmik texnologiyaların iqlim dəyişikliyi monitorinqinin ən mühüm vasitələrindən birinə çevrildiyini deyib.

“Kosmik texnologiyanın inkişafı bir sıra iqlim problemlərinin həllində effektiv vasitəyə çevrilir. Davamlı inkişaf və ölkələr arasında əlaqələrin genişləndirilməsində də kosmik texnologiyanın rolu böyükdür. Bu gün COP29 çərçivəsində beynəlxalq kosmosa əsaslanan İqlim Fəaliyyəti öhdəliyi qəbul ediləcək”, - deyə S.Əsədov əlavə edib.

Son illər fəzada kosmik tullantıların həcminin artdığını qeyd edən S.Əsədov bildirib ki, kosmik fəaliyyətin iqlim problemlərinin ortadan qaldırılması və iqlimə vurduğu zərərə diqqət daha çox artıb: “Xatırlatmaq istərdim ki, ötən il Dubayda keçirilən COP28-də həmkarlarla ilk Kosmik Agentliyin Liderlər Sammitində görüşmüşdük. Bu gün biz Azərbaycan kosmik agentliyi olaraq bu işi uğurla irəli aparmağa çalışırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə