Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,15 ABŞ dolları və ya 0,2% azalaraq 74,14 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 74,29 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə