Paris Sazişinin 6-cı Maddəsi ilə bağlı artıq müsbət nəticələrimiz var - NAZİR
Paris Sazişinin 6.4-cü Maddəsinin müzakirəsində artıq müsbət nəticələr əldə olunub. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Düşünürəm ki, artıq Maddə 6.4 üzrə ilk müsbət nəticələrimiz var. On ildən çox idi ki, ümumi həll yolu tapmaq mümkün olmurdu. Bakıda COP-un işinin ilk günündə ölkələr vahid mexanizm barədə razılığa gəliblər. Bu da onu göstərir ki, səylərimizi birləşdirəndə qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilərik", - o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə