“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasına dair ilk iclas - FOTOLAR

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”sının icrası üzrə əsas icraçı qurumlarla indikator cədvəlinin formalaşdırılması barədə ilk iclas keçirilib. SİA Mərkəzə istinadən xəbər verir ki, iclasda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, “Azərenerji” ASC, Dövlət Ehtiyatları Agentliyi, Dövlət Turizm Agentliyi, Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səhiyyə Nazirliyinin nümayəndələri ilə müzakirələr aparılıb.

Görüşdə Milli Strategiyanın Tədbirlər planı üzrə indikator cədvəlinin formalaşdırılması üçün əsas icraçı qurumlara nümunəvi forma nümayiş etdirilib. Eyni zamanda, indikativ planlaşdırma istiqamətində icra prosesinin təşkili, əlaqələndirmə məsələləri, gələcəkdə görüləcək işlər, qarşıda duran vəzifələr və Sərəncamda nəzərdə tutulduğu kimi Modulun yaradılması prosesi müzakirə edilib.

Bu istiqamətdə daha bir görüş Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə onlayn formatda davam etdirilib və müzakirələr aparılıb. İclaslarda qeyd olunan məsələlərin müzakirələri davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə