Naxçıvanda verilən mənşə sertifikatlarının sayı 25 faizdən çox artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinin müraciəti əsasında ixrac olunan malların mənşə ölkəsini təsdiq edən 318 sertifikat verib. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz çoxdur.

Cari ilin 10 ayı ərzində verilmiş mənşə sertifikatlarının 231 “CT-1” formalı, 85 “Ümumi” formalı, 2-si A formalı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə