Naxçıvan Muxtar Respublikasında növbəti hərrac keçirilib. SİA xəbər verir ki, ilk dəfə olaraq muxtar respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin balansında olan dövlət mülkiyyətinə keçirilmiş malların özəlləşirilməsi ilə bağlı hərrac təşkil olunub.
Hərraca çıxarılan 912 adda, müxtəlif kateqoriyada (kimyəvi təmizləmə, tekstil, bəzək əşyaları, parfüm, avtomobil yağları və ehtiyat hissələri) olan malların alınması üçün qeydiyyatdan keçmiş 1 sifarişçi hərracın qalibi olub.
Xatırladaq ki, “Hərracların Təşkili Mərkəzi” və Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi arasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satışının təşkili üçün müqavilə bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə