İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) müxtəlif dövlət qurumlarına məxsus 27 nəqliyyat vasitəsini açıq hərraca çıxarır. SİA quruma istinadən xəbər verir ki, hərrac dekabrın 19-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.
Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ƏMDX-nın Hərracların Təşkili Mərkəzinin hesabına beh ödəməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə