"Azərbaycan Dəmir Yolları" yükdaşımanı 7 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 6 milyon tondan çox tranzit yükü daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur. SİA bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, təkcə oktyabr ayında isə artım 14 % olub.

Bütün xəbərlər Facebook səhifəmizdə