Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 455 ABŞ dollarını ötüb. SİA xəbər verir ki, 4 noyabr tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə dekabr fyuçerslərinin qiyməti 456 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (440 dollar) ilə müqayisədə 3,6% azdır.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə