Taksometrlərin quraşdırılması hansı dəyişikliyə səbəb olacaq? - EKSPERT DANIŞDI

“Azərbaycan Prezidentinin “Avtomobil nəqliyyatı haqqında” qanunda etdiyi dəyişiklikdən sonra burada taksi kimi istifadə olunan avtomobillərə taksometr cihazlarının quraşdırılması, buunla yanaşı, proqram təminatının işlənilməsi və bu proqramlar çərçivəsində nəqliyyat vasitələrinin idarə olunması əks olunub”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Ekspert sözlərinə davam edərək bildirib ki, şübhəsiz, taksometrlərin quraşdırılması taksi sistemində müsbət dəyişikliklərə səbəb olacaq: “Çünki məsafənin şəffaflığı, gediş məbləğinin vətəndaşların gözönündə həyata keçirilməsi, sürücü-sərnişin münasibətlərinin normallaşması hallarının şahidi olacağıq. Son vaxtlar problemlərin daha çoxu sərnişinlərlə sürücülər arasında olan konfliktlərlə bağlı idi. Bunu sosial şəbəkələrdən də müşahidə edirdik. Hansı sahələr ki şəffaf deyildi, taksometr cihazlarının quraşdırılmasından sonra bu problemlərin aradan qalxacağını düşünürəm. Bu qərarın gələcəkdə taksi şirkətlərinin dövlət qarşısında vergi öhdəliklərinə belə təsiri olacaq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə