"568 462 ha ərazidə çöl ölçmə işləri aparılıb" - NAZİR AÇIQLADI

2022-ci ildə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 568 462 ha ərazidə çöl ölçmə işləri aparılıb və bundan 389 109 ha sahə işğaldan azad edilmiş əraziləri əhatə edib. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Tvitter" hesabında yazıb.

"Zəngilan və Qubadlı rayonları üzrə bu istiqamətdə işlər yekunlaşdırılıb və müvafiq kadastr sistemlərinə miqrasiya edilib", - nazir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə