“AzerGold”un planlarına fəaliyyətini ölkədən kənarda da genişləndirilməsi daxildir - FOTOLAR
“AzerGold” QSC-nin strateji planlarına gələcəkdə fəaliyyətin ölkə hüdudlarından kənarda da genişləndirilməsi daxildir və bu baxımdan mineral resurslarla zəngin olan Afrika qitəsi də maraq dairəsindədir. SİA xəbər verir ki, bunu QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Qana Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Vare ilə görüşdə bildirib.
“AzerGold”un sədri iki ölkə arasında mövcud əməkdaşlığın güclənməsi istiqamətində diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb. Ölkəmizdə xidmətə başlamasından məmnun olduğunu bildirən diplomat fəaliyyəti dövründə Azərbaycanla Qana arasında dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində möhkəmlənməsi, iqtisadi münasibətlərinin inkişafı, xüsusilə dağ-mədən sahəsində əməkdaşlığın qurulmasında səylərini əsirgəməyəcəyini qeyd edib. Görüşdə Z.İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Cəmiyyətin strateji planları və dağ-mədən sektorunda iqtisadi səmərəliliyin artırılması istiqamətində görülən işlər haqqında bəhs edib.
Səfir Oheneba Lesli Akua Akyaa Opoku-Vare dağ-mədən sənayesinin Qana iqtisadiyyatının lokomotivi olduğunu, ölkəsinin zəngin qızıl, almaz, dəmir filizi, manqan, xromit, neft-qaz, eləcə də hidroenerji resurslarına malik olduğunu bildirib. Səfir ölkəsinin əsas ixrac məhsullarından olan qızıl resurslarının istismarı istiqamətində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Z.İbrahimov Qananın dağ-mədən sektoru ilə bağlı müəyyən məlumatların araşdırıldığını qeyd edərək, potensial əməkdaşlıq prespektivləri, təcrübə mübadiləsi, mədənlərə qarşılıqlı səfərlər, investisiya qoyuluşlarının cəlb edilməsi məsələləri haqqında ətraflı bəhs edib. Qızıl mədənləri üzrə dövlət büdcəsindən asılılığını tam olaraq aradan qaldıran dövlət şirkətinin yeni və faydalı təşəbbüslərə, o cümlədən təcrübə mübadiləsinə açıq olduğu diqqətə çatdırılıb. Bu xüsusda dağ-mədən sənayesi üzrə müvafiq qurumlar, dövlət və özəl şirkətlərlə əməkdaşlıq perspektivlərinin tərəflər arasında dəyərləndirilməsinin mümkünlüyü qeyd edilib.
Daha sonra leqal mədənçiliyinin təşviqi, ətraf mühitin mühafizəsi, sağlamlıq və əməyin təhlükəsizliyi, eləcə də digər qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb, ölən var
Hadisə 14:12Hərbi vəzifəlilərin təlim toplanışları başa çatıb
Siyasət 13:30Yengicə su anbarının tikintisi davam etdirilir
Sosial 13:22Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib
İqtisadiyyat 12:40Sabah Azərbaycanda hava yağışlı olacaq
Sosial 12:32Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq
İqtisadiyyat 11:56Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib
Sosial 11:55Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
Siyasət 11:18Bakıda 95 küçə və prospektdə təmir başa çatıb
İqtisadiyyat 10:57Bakıda yeni park salınır
Siyasət 10:56Ötən gün 36 cinayətin açılması təmin olunub
Hadisə 10:47Azərbaycanda yaxın dövrdə ərzaq qiymətləri artacaq ? - İQTİSADÇI DANIŞDI
İqtisadiyyat 09:54Harri Keyn "Qızıl top" mükafatının sahibi oldu
İdman 05:04Pezeşkian Moskvaya gəlib - Putinlə görüşəcək
Dünya 02:21İstanbul derbisini "Qalatasaray" qazandı!
İdman 02:02Bakıda daha bir kütləvi dava olub
Hadisə 01:22Abşeronda bu idarə əməkdaşları həbs edildilər
Sosial 01:03Bu gün Şəkinin bəzi ərazilərində qaz olmayacaq
Sosial 00:22"Barselona"nın oyununun vaxtı dəyişdirildi - QƏRAR
İdman 26 Oktyabr 23:22Bu qaydaları unutmayın! - DYP piyadalara müraciət etdi
Sosial 26 Oktyabr 23:03Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
Siyasət 26 Oktyabr 22:31Baş nazirdən Dövlət müəssisələri barədə VACİB QƏRAR
Sosial 26 Oktyabr 22:19Ukrayna və Moldova hərbi saziş imzaladılar
Dünya 26 Oktyabr 22:03Corablar daha tez yuxuya necə kömək edir...
Maraqlı 26 Oktyabr 21:51Vuçiç yıxıldı..?
Dünya 26 Oktyabr 21:28Culia Roberts özü haqqında maraqlı bir fakt açıqlayıb...
Şou-Biznes 26 Oktyabr 21:05“Lavrov danışdı...”
Dünya 26 Oktyabr 20:52ISW: Ukrayna Silahlı Qüvvələri rusların zəif nöqtəsini tapıb...
Dünya 26 Oktyabr 20:28Putin və Macarıstan üsyanının dərsləri...
Dünya 26 Oktyabr 20:06Hərbi ekspert: Ukrayna Silahlı Qüvvələri cəbhədəki vəziyyəti dəyişdi
Dünya 26 Oktyabr 19:48Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır...
Dünya 26 Oktyabr 19:37“Ağ evin özündən böyük” bal zalı və...
Dünya 26 Oktyabr 19:26Qriqori Mesejnikov: Putin Rusiyanın zəifliyini etiraf etdi...
Dünya 26 Oktyabr 19:07Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
Dünya 26 Oktyabr 18:59Peter Oleşuk: Tramp hakimiyyəti artıq silkələnir...
Dünya 26 Oktyabr 18:49İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Siyasət 26 Oktyabr 18:36Putinin Federal Məclisə müraciəti ləğv edilib...
Dünya 26 Oktyabr 18:27Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
Dünya 26 Oktyabr 18:16“Putin NATO-nu 1997-ci ilin sərhədlərinə endirmək istəyir”
Dünya 26 Oktyabr 18:05Daha bir dövlət husilərlə müharibəyə qoşulur
Dünya 26 Oktyabr 17:53Azərbaycanda icbari sığorta haqları azalıb, ödənişlər artıb
İqtisadiyyat 26 Oktyabr 17:48Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8987
-0,46%
-
GBP
2,2674
-0,31%
-
RUB
2,1036
-0,08%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



