İqtisadiyyat Nazirliyi Çağrı Mərkəzindən 45 min müraciət qəbul edib

Ötən ilin dekabr ayında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 45 178 müraciət daxil olub. SİA xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.

Müraciətlərin 40 140-ı canlı rejimdə birbaşa, 5 038-i isə səsli menyu vasitəsilə cavablandırılıb, araşdırma tələb edən suallarla bağlı müraciət vərəqələri tərtib olunaraq cavablandırılmaq üçün Nazirliyin aidiyyəti qurumlarına göndərilib.

Daxil olan müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə