Avtobusların gecikmə səbəbləri BƏLLİ OLDU - QURUM RƏSMİSİ AÇIQLADI

"Avtobusların hərəkət intervalındakı gecikmələrin başlıca səbəbi yollardakı sıxlıq və tıxac hallarıdır". Bu sözləri SİA-ya açıqlamasında BNA sözçüsü Mais Ağayev deyib.

Onun sözlərinə görə, xüsusən pik saatlarda əsas ictimai nəqliyyat dəhlizi hesab edilən küçələrdə avtobuslar tıxacda qalır: "Bu isə intervalın kəskin gecikməsini qaçılmaz edir. Bu gecikmələrin qarşısının alınmasının ən optimal həll yolu isə xüsusi zolaqların təşkil olunmasıdır. Həmçinin bu zolaqlar şəbəkə formasında olmalıdır. Eyni zamanda, onlara nəzarət tədbirləri artırılmalıdır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə