Bu ünsür müxtəlif “qrant layihələri” adı altında mütəmadi olaraq USAİD-dən milyonlarla dollar qazanır və ölkəmiz əleyhinə fəaliyyət göstərir
Sorosa məxsus “Şərq-Qərb İdarəetmə İnstitutu” təşkilatının və ona faktiki rəhbərlik edən Sorosun hərtərəfli mənada ən yaxın adamı olan Delina Fico adlı bir ünsürün ölkəmizdəki özbaşınalıqları haqqında daha əvvəllər və kifayət qədər məlumatları ictimai rəyin diqqətinə çatdırmışıq.
Lakin qeyri müəyyən səbəblərə görə, bu təşkilat və adıçəkilən ünsür hələ də heç bir hüquqi icazəsi olmadan, yəni qeyri-qanuni şəkildə ölkəmizdəki fəaliyyətlərini davam etdirir, bu vasitə ilə müxtəlif “qrant layihələri” adı altında mütəmadi olaraq USAİD-dən milyonlarla dollar qazanır.
Bir daha xatırlatmaq yerinə düşərdi ki, Delina Fico ümumiyyətlə Sorosun şəbəkəsində ən tanınmış simasızlardan biridir və özünün çoxsaylı mənəviyyatdan kənar əməllərinə görə dəfələrlə bir neçə ölkədən qovulub. Delinanın mənəviyyatsızlığı həmçinin onun şəxsi həyatında da özünü kifayət qədər büruzə verib. Belə ki, internet bu ünsürün müxtəlif dövrlərlə fərqli-fərqli kişilərlə çəkdirdiyi lüt şəkillərlə aşıb-daşır.
Delina Ficonun Azərbaycanda fəaliyyətinə rəsmi icazə belə yoxdur!
İndi isə təsəvvür edin, bu fərd özbaşına olaraq, heç bir səlahiyyəti, rəsmi icazəsi olmadan Azərbaycanın dövlət qurumlarına yazılı mütaciətlər edir, özü də bizim ana dilimizdə, halbuki, bunun nəinki Azərbaycan dilində yazışma aparmağa heç bir hüquqi və ya mənəvi ixtiyarı yoxdur. Delina Ficonun ümumiyyətlə ölkəmizdə hər hansı bir “humanitar” adı altında fəaliyyətlə məşğul olmasına rəsmi icazə verilməyib, eləcə də Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinin onun fəaliyyəti üçün rəsmi icazəsi belə yoxdur!
Biz əvvəlki, yazılarımızda bu Soros xidmətçisinin Azərbaycandakı fəaliyyəti dövründə təxminən 10 milyon ABŞ dollarını, o cümlədən 7 milyon ABŞ dolları məbləğində Azərbaycan dövlət büdcəsindən ayrılan vəsaiti necə mənimsədiyini açıqlamışdıq. İnanırıq ki, aidiyyətli qurumlar sözügedən 7 milyon ABŞ dolları vəsaitin necə xərcləndiyini araşdıracaqlar.
https://sesqazeti.az/news/analytics/898834.html
Və nəhayət, bugünlərdə Delino Fico öz məqsədlərinə nail olmasının ardınca artıq kibercinayətə belə əl atmağa başlayıb. Belə ki, ABŞ-ın eks-prezidenti Donald Tramp komandasının ən fəal dəstəkçilərindən olan xanım Evi Kokalarinin Facebook səhifəsi məhz Delino Ficonun hakerlər komandası tərəfindən kiberhücuma məruz qalıb. Xanım Ev Kokalari Facebook hesabını bərpa etdikdən sonra Delina Fico-ya belə bir mesaj ünvanlayıb: “Başa düşdüm Delina Fico. Sən çirkin əməllərlə qalib qəlməyəcəksən. Mənim hesabımı ələ keçirmək cəhdlərini dayandır”.
Fox News Delina Ficonun hansı əməllərini və necə ifşa edib?
Xatırlatmaq istərdik ki, bu günlərdə Delina Ficonun və ümumiyyətlə “Şərq-Qərb İdarəetmə İnstitutunu” Sorosun əsas informasiya mənbəyi olduğunu təsdiq edən başqa bir proseslər də baş vermişdir. Belə ki, ABŞ-ın dövlət katibi Blinken, Albaniyanın sabiq prezidenti Sali Berişaya qarşı ciddi sanksiyalar tətbiq edib və hətta Berişanın və onun ailə üzlərinin ABŞ-a daxil olmasını yasaqlayıb.
Məhz amerikalı jurnalistlərinin araşdırmaları nəticəsində məlum olub ki, sabiq prezident haqqında saxta guya ifşaedici, əslində isə iftira dolu uydurma faktları Blinkenə Soros vasitəsi ilə “Şərq-Qərb İdarəetmə İnstitutu” və şəxsən Deina Fico ötürüb. Bu haqda məlumatları isə nüfuzlu Fox News paylaşıb:
https://www.syri.net/politike/458818/dosjen-e-berishes-e-pergatiti-delina-fico-gazetari-goditja-qe-te-rrije-rama-ne-pushtet https://mergimtarshqip.com/wp/news/4159
Hazırda bununla bağlı ABŞ-da və Albaniyada ciddi qalmaqallar yaşanır və bu qalmaqallar böyüyür. Xatırlatmaq istərdik ki, ölkə başçımız haqqında uydurma, qərəzli və böhtan dolu sözdə “pandorra” məlumatlarının yayılmasından 3 gün öncə USAİD-in sorosçu rəhbəri həmin qurumun nümayəndələrini qəbul etmişdir. Artıq aydın olur ki, “Şərq-Qərb İdarəetmə İnstitutunun” ölkəmizdə qoruyub saxlamasının əsas məqsədlərindən biri də məhz bu kimi saxta, yalan və böhtan xarakterli məlumatları toplayıb hazırda dolayısı ilə Sorosun nəzarətində olan Dövlət Departamentinə göndərilməsidir. Yəni bu xüsusda xatırlatmaq yerinə düşərdi ki, bu gün Bayden administrasiyasının əsas təməlini başda onun özü olmaqla sorosçular təşkil edirlər.
https://sia.az/az/news/politics/896995.html
Əlbəttə, biz inanırıq ki, Azərbaycan xalqının və dövlətinin maraqlarına qarşı qərəzli məqsədlər güdən bu kimi ünsürlər və onların fəaliyyətləri kökündən araşşdırılacaq və Delina Fico adlı şəxsin ölkəmizdəki fəaliyyətlərinə nəhayət ki, son qoyacaq. Bu mənada, Delina Ficonun pasportunun şəklini təqdim edirik ki, bu ünsür haqqında hər kəs məlumatı olsun.
Rövşən RƏSULOV