Sorosun etirafları: “ŞQİİ” adlı quruma dəstək göstərən kimlərdir? POST-FAKTUM

10 İyun 2021 14:29 (UTC+04:00)

Yaxud, düşmənlərimizə qarşı “İtiqovan” prosedurunu davam etdirmək lazımdır

Məlum olduğu kimi, Corc Sorosun Azərbaycandakı fəaliyyətinə son qoyulduqdan sonra onun xırda-para (əslində isə çoxşaxəli) təşkilat və qurumları hələ də qara əllərini ölkəmizə tərəf uzatmağa cəhdlər göstərirlər. Bu misalda biz “Şərq-Qərb İdarəetmə İnstitutu” (“ŞQİİ”) barədə danışa bilərik. Daha doğrusu, adıçəkilən qurumun bu və ya digər cinahlardan ölkəmiz əleyhinə yönəlmiş layihələri haqqında kifayət qədər materiallar verilib, lakin daha bir maraqlı məqam isə budur ki, onun fəaliyyətini burada dəstəkləyən dairələr də mövcuddur. Ona görə də, Sorosun bu çərçivədə önə sürdüyü etiraflarının bir mühüm hissəsini nəzərə çatdırmaq yerinə düşərdi.

Beləliklə, Corc Soros hələ 1991-ci ildə yazdığı və bütün dünyada siyasi çevrilişlərin təşkili üzrə “müqəddəs” masaüstü kitab kimi qəbul olunan “Demokratiyanı Quraraq (Undewriting democracy)” adlı “əsərində” “Şərq-Qərb İdarəetmə Institutunu” hansı məqsədlə yaratdığını açıq etiraf edir.

Soros deyir ki...

SİTAT:“…. Sonralar mən “Mərkəzi Avropa İnstitutu” və “Şərq-Qərb İdarəetmə İnstitutu”nu yaratdım və mən bunları daimi təsisatlar kimi nəzərdə tuturdum. Aydın idi ki, ölkələr üzrə yaratdığım fondlar əvvəl-axır süquta uğrayacaqlar. Belə, ki, zülmkar və doqmatik sistemlər tam məhv edildikdən sonra yerli vətəndaş təşkilatlarını dəstəkləməyə ehtiyac qalmayacaqdır ...”

Yazı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.georgesoros.com/wp-content/uploads/2017/10/underwriting_democracy-chap-7-2017_10_05.pdf

Necə deyərlər, şərhsiz! Corc Soros özü etiraf edir ki, birincisi o, müxtəlif ölkələrdə dövlət quruluşlarını devirmək proseslərini dəstəkləyir, ikincisi, bu adam etiraf edir ki, “Açıq Cəmiyyət İnstitutunun ölkələr üzrə nümayndəliklərin məqsədləri məhz bu kimi çevrişləri əlaqələndirməkdir. Üçüncüsu isə etiraf edir ki, “Şərq Qərb İdarəetmə İnstitutu”nun yaradılmasının əsas məqsədi məhz bu fəaliyyətləri əlaqələndirməkdir.

Ancaq sonralar bir çox dövlətlər “yuxudan” ayılıb Sorosun yerli nümayəndəklərini ölkələrindən qovduqdan sonra Soros strategiyasını dəyişərək, həmin ölkələrdə bir başa “Şərq Qərb İdarəetmə İnstitutunun” filiallarını yaradır ki, inqilabları, qiyam və çevrilişlər birbaşa bu təşkilat əlaqələndirsin və bu işdə ona sərəncamında olan ABŞ-ın Demokratlar partiyası, eləcə də USAİD yardımçı olur.

Biz “ŞQİİ” haqqında ətraflı aşağıdakı yazılarda məlumat vermişik:

https://sia.az/az/news/politics/870425.html

https://sia.az/az/news/politics/856893.html

Lakin maraqlıdır ki, “ŞQİİ” hələ də Azərbaycanda USAİD-in dəstəyi ilə və bir sıra qurumlarla şübhəli fəaliyyətlər göstərir. Sual yaranır ki, əcəba bu təşkilatla əməkdaşlıq edən və rəsmi, ya da qeyri-rəsmi işbirliyi quran qurumlarının məqsədləri nəyə hesablanıb?

Bir çox soroçunun müxtəlif qurumlarda gizli işlər çevirmələri məlum faktlardır

Son zamanlar biz ölkəmizə qarşı müəyyən təxribatların artmasında Sorosun maliyyələşdirdiyi şəbəkələrin fəallıqlarının çoxaldığını müşahidə edirik. Və Sorosun Azərbaycandakı uzun illər fəaliyyətini nəzərdən keçirdikdə, bir çox soroçunun müxtəlif qurumlarda gizli işlər çevirmələri məlum faktlardır. Bütün bu proseslər isə onu göstərir ki, heç də boş dayanmayan Sorosun Azərbaycanla bağlı yeni planı var və planın icrasında və əlaqələndirilməsində “Şərq Qərb İdarəetmə İnstitutu”na xüsusi rol ayrılıb.

Nəticə etibarı ilə onu da deyə bilərik ki, artıq ölkədə Sorosun bu və ya digər adlar altında əleyhimizə işləyən təşkilatlarının qanunsuz fəaliyyətini dəstəkləyən qüvvələri də müəyyənləşdirərək ifşa etmək zamandır. Əgər zamanında düşmənlərimizə qarşı “İtiqovan” proseduru həyata keçiriliridisə, onda bu düşmənlərin dəyirmanlarına su tökən sapı özümüzdən olan baltaları da öncəliklə kütləşdirmək, sonra isə “İtiqovan” proseduru vasitəsi ilə neytrallaşdırmaq vacibdir.

Rövşən RƏSULOV