GECƏNİN RƏNGİ - ROMAN

14 Avqust 2020 13:44 (UTC+04:00)

(Əvvəli bu linkdə: https://sia.az/az/news/literature/820507.html)

Artıq, ətrafa gün işığı hakim kəsilmişdi. Ara verməyən çovğun ətrafı öz ağuşuna bürüsə də, külək bir qədər avazımışdı. Dünən səhər 50-60 metri güclə sezmək olurdusa, bu gün iki yüz metrə qədər məsafəni açıq görmək mümkün idi. Alı Məmmədovla İlkin həyətə çıxıb, ətrafa nəzər yetirməyə getdikdən sonra, Oruc Muradov pəncərədən çölə uzanan baxışlarını çəkib, Karenə yaxınlaşdı, sakit və həmfikir görüntüsü ilə, sual etdi:

- O yırtıcının, evinə gündüz, yoxsa, gecə gedək?

Karen artıq ona qarşı nifrətin bir qədər əridiyini hiss etdiyindən sakitləşmişdi. Orucun sualına bu dəfə titrək səslə deyil, açıq-aydın, rahat şəkildə cavab verdi:

- Gündüz görüb, eləyən olar. Ən yaxşısı, gecə yarısıdır.

Talıb onu yoxlamaq üçün söz atdı:

- Niyə gecə, bəlkə gündüz gedək? Onsuzda çovğun, qar-boran gecələr kimi gündüzlərdə, insanların küçədə, bayırda vurnuxmasına imkan vermir.

Karen ayağa durub, oturmaqdan taqətdən düşmüş dizlərini əlləri ilə ovuşdurdu, təcrübəli bələdçi kimi dedi:

- Samvelin evini 3 mühafizəçi qoruyur. Gündüzlər o mühafizəçilər ətrafa diqqətlə nəzər yetirsələr də gecələr içib, özlərini unudurlar.

Oruc Muradov yenidən sual etdi:

- Hazırda onun evində, kimlərin olması barədə məlumatın varmı?

- Var. Arvadının qohumları, Bella adlı bacısı və qardaşı Petrosda oradadır.

- Təqribən neçə nəfər olarlar?

- Ümumilikdə evdə haradasa arvad-uşaqlı, kişili 15-16 nəfər.

Talıbla Oruc Muradov göz-gözə gəldilər. Sanki demək istəyirdilər ki, bu ələ düşən fürsətdir, qaçırmaq olmaz.

Oruc Muradov sual etdi:

- Samvel özü haradadır?

- Dediyim kimi, bir həftə öncə o kənddə idi. Sırxavəndi almaları münasibəti ilə yeyib-içib, qələbələrini qeyd edirdilər. Üç gün öncə gedib, hansısa Azərbaycan kəndinə hücum edəcəklərini deyirlər.

Oruc Muradov bir anlıq susdu, papağını çıxarıb, saçını sağ əli ilə sağa-sola sığalladı. Sonra əlini çənəsinə sürtüb, saqqalına əl gəzdirdi. Qaşlarını çatıb sual etdi:

- Silah-sursatları, kömək-filanları varmı?

Karen müşahidələrini dilə gətirdi:

- Heç də yaxşı deyil. Azərbaycan ordusu Şaumyanı, Əsgəranı, Naxçıvaniki, Şoşu və neçə-neçə digər kənd və qəsəbələri aldıqdan sonra yaman ruhdan düşüblər. Hətta qorxu içində cəbhədən baş götürüb, qaçanlarda var. Kaş Azərbaycan iki dost xalq arasına nifaq salan samvellərin axırına tez çıxaydı.

Talıb dilləndi:

- O gün heç də uzaqda deyil, tələsmə. Sən bizə de görək, nə vaxt çıxsaq yaxşı olar?

- Ancaq gecə saat 12-dən sonra. Çünki saat 10:00-11:00 -ə kimi onlar yeyib-içir, kef edirlər. Sonra da hərəsi bir tərəfə çəkilib yatır.

Talıb söz atdı:

- Yaxşı, de görək, biz sənə inana bilərikmi?

Erməni başını aşağı salıb, yazıq-yazıq dedi:

- Bilirəm, siz mənə inanmırsınız. Belə də olmalıdır. Siz azərbaycanlı, mən isə erməni. Amma bilin ki, mən həqiqətən də Samveli öldürmək istəyirəm. Və sizin mənə kömək edəcəyinizi düşünəndə, sevindiyimdən içimdə təlatümlər yaranır.

Mürsəl acıqlı formada yenidən oturduğu divarın küncündən ona söz atdı:

- Allah bilir. Sən ürəyində nələr planlaşdırırsan.

Erməni Mürsələ, baxmadan sakit formada dedi:

- Əgər inanmırsınızsa birinizlə gedək, evimə mən arvadımı, qızımı, uşaqlarımı gətirim gəlim bura. Soyuq-sazaq olsa da, bu otaqda girov olaraq qalsınlar.

Tam qətiyyətlə və açıq şəkildə deyilmiş bu sözdən sonra dəstə susdu. Hətta ona inanmağa da başladılar. Yenicə otağa daxil olub, çəkmələrinin qarını təmizləyən Alı Məmmədov erməninin dediyi son sözləri eşidib, onu yoxlamaq üçün dedi:

- Ailəni bura gətirmək fikirində qərarlısan?

- Bəli.

- Elə isə İlkinlə gedirsən öz evinə, ailəni bir bəhanə ilə gətirirsən bura.

- Olsun, mən sizin tələb və təklifinizi qəbul edirəm. Amma söz verin ki, mənim ailəmə toxunmayacaqsınız və ona da söz verin ki, Samvelin və onun ailəsinin axırına çıxmaq üçün mənə kömək edəcəksiniz.

Oruc Muradov dəstə üzvlərinə baxdıqdan sonra Talıba - nə deyirsən, qərar sənindir, axı sən bizim rəhbərimizsən? - deyə onun fikirini öyrənməyə çalışdı.

Talıb ani fikrə gedib, düşüncəyə qərq olduqdan sonra dedi:

- Mən Karenə inana bilərəm. Amma çox istəyirəm ki, Samvelin hədəfinə tuş gələn ailəsi ilə bağlı bir dəlil, sübut göstərsin.

Karen əlini sağ cibinə salıb, oradan bir topa şəkil çıxardıb, dedi:

- Baxın bu Setraqdır, mənim öldürülən qardaşım. Bu isə zorakılığa məruz qaldıqdan sonra uzun müddət depressiyada olan qızımdır. Bu isə müharibədə arxadan güllələnərək öldürülən qardaşımdır- deyə bir-bir şəkilləri göstərməyə başladı.

Dəstə üzvləri ani söhbətdən və müzakirələrdən sonra Karen Akopyanla iş birliyinə getmək və birgə hərəkət etmək barədə qərar verdilər. Artıq bir növ Karenlə "dostlaşmış"dılar. Söhbətlər edir, keçmişdən, arada olan maraqlı hadisələrdən, Talıbın da, Mürsəlin də, İlkinin də eşitdiyi, bildiyi və gördüyü hadisələrdən nəql edirdilər.

Karenin danışması və müəyyən məlumatları olduğu kimi deməsi Talıbın ona tam inanmasına imkan yaratmışdı. Söhbətləri axşam saat 10:00 qədər davam etdi.

Gecə saat 11-ə işləmiş Karen Akopyan - kəndə getmək vaxtıdır, - deyə dəstəyə məsləhət verdi. Mürsəl əvvəlki qəzəb, nifrətini bir qədər gizlədib, sərt formada Karenə söyləndi:

- Sən mənimlə gedəcəksən. Bir yerdə olacayıq, silahın da olmayacaq. Əgər o yan, bu yan etsən, birinci sənin təpənə gülləni vurub, öldürəcəyəm. Biləcəm ki, məndən əvvəl sən ölmüsən.

Karen Akopyan başını aşağı salıb dedi:

- Necə istəyirsiniz, elə də olsun.

Oruc Muradov üst-başına əl-gəzdirə-gəzdirə dəqiləşdirmək üçün Karenlə dedi:

- Burdan, Erkişə nə qədər məsafə olar?

- Hardasa, piyada 2 saatlıq yoldur. Atım qalacaq burada. Sonra gəlib, apararam.

Dəstə, sonuncu dəfə məşvərət, götür-qoy etdikdən sonra gecənin qaranlığında kəndə yol aldı. Qar yağırdı, ağaclar, kollar ağ libasa bürün-müşdü. Çovğunun tükürpədici səsi vahimə yaradırdı. Kəndin ətəyində ins-cins gözə dəymirdi, ancaq arabir itlərin səsi eşidilirdi. Talıb kəndin girəcəyində Karenə əlini uzadıb dedi:

- Görüb-edən olsa nə deyəcəksən?

- Narahat olmayın. Deyəcəyəm ki, qohumlarımdır, ovdan gəlirik.

- Birdən Samvelin yaxınları səni gördülər və hərəkətə keçdilər. Onda necə olacaq?

- Samvelin adamları çoxdan yuxuya gedər. Bir də ki, onlardan bizi görən olsa, mütləq öldürmək lazımdır. Çünki ehtiyatı əldən vermək olmaz.

Kəndin içi ilə irəliləyib, ikimərtəbəli evin yüz metrliyinə çatanda Karen dedi:

- O ağ şiferli, hasarlı ev Samvelindir. Bir mühafizəçi evin önündə, iki mühafizəçi isə evin arxa tərəfindəki sağ və sol künclərdə qarovul çəkirlər.

Ətrafı diqqətlə müşahidə edən dəstə daş hasarın qaranlıq küncündə ayaq saxlayıb, bir-birinə baxdılar. Alı Məmmədov əvvəlcədən müəyyənləşdirilmiş planı növbəti dəfə söyləməli oldu:

- Sağ və sol künclərdəki mühafizəçiləri aradan götürüb, evin arxasından bana çıxmaq, oradan evin içinə girmək lazımdır.

Karen söhbətə qoşuldu:

-Bəs evin önündəki, mühafizəçi necə olsun?

- Onu öldürməyə dəyməz.

- Niyə, - deyə Karen sual etdi.

Oruc onu sakitləşdirməyə çalışdı:

- Çünki o, giriş qapısındadır. Həyətə girib-çıxmaq, nəzarət etmək onun imkanı xaricindədir. Əgər biz onu giriş qapısında öldürsək, təsadüfən kimsə küçə ilə gedib-gələndə onun olmadığını görüb, yerini öz başına tərk etməsi barədə, kimlərə isə xəbər verər. Bu isə bizə təhlükə yarada bilər.

Karen təəccüblə başını aşağı-yuxarı edib - hə, düz deyirsiniz, - deyə bildirdi. Bundan sonra Talıbla Oruc dəstədən aralanıb, Karenin nişan verdiyi arxadakı mühafizəçilərin olduğu yerə addımladılar.Təqribən 5-7 dəqiqə çəkən bu əməliyyat Mürsələ, İlkinə, Alıya saatlara başa gəldi. Nə qədər çalışsalarda, təşviş və narahatçılığı özlərindən uzaqlaşdıra bilmirdilər. Sanki zaman dayanmışdı, hərəkət etmirdi. Onlara elə gəlirdi ki, ürək döyüntülərini hər biri eşidir.

Az sonra əməliyyat paroluna uyğun olaraq üç dəfə tappıltı səsi eşidildi. Dəstə deyildiyi kimi, evin arxasına yaxınlaşdı. Hasarı keçib, həyətə düşdülər. Talıb, Alı və Oruc evin arxasından bana çıxınadək, Mürsəl, İlkin və Karen evin giriş qapısının önündə, pusquda dayandılar. Mürsəl sağa çevrilib baxanda kənarda artıq öldürülmüş mühafizəçiləri gördü. Bir qədər narahat oldu. Nə də olmasa, 21 illik həyatında birinci dəfə idi ki, belə bir əməliyyatda iştirak edirdi. O, öldürülən atasının, 12 yaşlı qardaşının, əsir aparılan sevdiyi Nərgizin qisasını almaq üçün ağır və çətin əməliyyata çıxmışdı. Burdan

geriyə sağ qayıtmaq ona mümkünsüz görünürdü. Təskinliyi o idi ki, canı bahasına olsa belə, bir neçə ermənini gəbərtməklə, azda olsa qisasını almış olacaq. Bu fikir, xəyal içində var-gəl etdiyi məqamda evin birinci mərtəbəsinin qapısı açıldı. Qapı açılanda Mürsəl elə bildi ki, ermənilərdir, artıq dostlarını öldürüb, həyət-bacaya çıxıblar. Öz-özünə - Allahım, özün kömək ol, - deyə pıçıltı ilə söyləndi. Alı Məmmədovun əlinin işarəsi ilə pillə-kənın önündə dayanan dostlarını çağırması Mürsəli sevindirdi. Yaxınlaşıb, onun boynunu qucaqlayıb öpdü - hamı salamatdır, - deyə sual etdi. Alı Məmmədov - narahat olma, kef məclisi səni gözləyir. Erməni fahişələri ixtiyarındadır, - deyə söz atdı. Mürsəl qımışdı. İçəri daxil olub, otağa nəzər yetirdi. Döşəmə, divan qan içində idi. Divanda 18 - 30 yaşlarında beş erməni qız əlləri bağlı oturmuş, çarpayıda isə yenicə güllə yarasından öldürülən iki gənc oğlanın və bir qızın qanı axırdı. Qarşı otaqdan Orucun səsi eşidildi,- Mürsəl bura gəlin.

Mürsəl səs eşidilən otağa keçəndə, burada da bir erməni əsgəri və mülki şəxs öldürülmüş, üç erməni əsgəri isə qolları bağlı halda yerdə uzadılmışdı. Qonşu otaqda uşaq səsi eşidən İlkin, Alıya - burada uşaqlar da var, - deyə sual etdi. Alı gülə-gülə - bu köpəklər qısır deyillər ki, əlbəttə, uşaqları da var, - deyə cavab verdi. Maraq üçün uşaq səsi gələn otağa keçəndə, İlkinin ürəyi döyünməyə, ayaqları, əlləri əsməyə başladı. Bu onun 20 yaşının tamam olmasına baxmayarq hələ də uşaqlıq dünyasından ayrılmadığını göstərirdi. Üç qız, iki oğlan divanda oturub, nə baş verdiyini müəyyənləşdirməyə çalışırdılar. Nisbətən böyükləri yad adamları gördüklərindən qorxmuşdur. Bu onların içəri daxil olanlara baxarkən, başlarını aşağı əyib, gözlərini qıymalarından açıqca hiss olunurdu. Yaxşı ki, Alı və Oruc uşaqların ölüm səhnələrini, qan izlərini görməmələri üçün onları sakit, isti otağa apar-mışdılar. İlkin Kareni çağırdı. Ona bu uşaqları sakitləşdirməyi, hər şeyin yaxşı olacağını başa salmağı tapşırdı. Karen başına qara yun corab keçirtmişdi. Yalnız gözləri və ağzı görünürdü. Bu da onun içəridəki ermənilərin onu tanımaması istəyi ilə bağlı idi. İlkinin sözlərinə təccübləndiyindən, dedi:

- Xəbərin varmı, bunların ataları, sizlərin beşikdəki körpələrinizə də aman verməyiblər?

İlkin başını aşağı salıb pıçıltı ilə söyləndi:

- Bilirəm.

- Elə isə siz niyə onların törəmələrinə aman verirsiniz?

- Çünki biz azərbaycanlıyıq, ermənilərdən fərqimiz olmalıdr axı.

Karen razılaşmadı:

- Yox, siz sadəlövhsünüz, tez bağışlayansınız.

Mürsəlin - İlkin, Oruc səni çağırır - deməsi, azərbaycanlı gənc ilə, erməni kişisinin söhbətini yarımçıq qoydu. Karen, uşaqlara tərəf addımlayıb, onların ağızlarını yapışqanla bağladı. Sonra nisbətən ətli, canlı təqribən 12 yaşlarında olan erməni qızını özünə tərf çəkib, onu qucağına aldı. Bu qız Samvel Xaçaturyanın bacısı qızı idi...

Mürsəl ikinci mərtəbəyə çıxanda, gördüyü mənzərədən dəhşətə gəldi.

Dörd erməni kişisi öldürülüb, dördü isə əl-qolu bağlı halda yerə uzadılmışdı.

- Bu kimdir - deyə Mürsəl sual dolu nəzərlərlə Alıya baxdı.

- Kimləri deyirsən ?

- O çarpayıda uzanan arvadı və o divandakı kişini deyirəm.

- Hə, deyəsən onlar Samvelin atası və anasıdır.

- Atası, anası? - Mürsəl qaşlarını çatdı.

- Hə, atası, anası.

Mürsəl kinayəli nəzərlərlə divanda oturan 50-55 yaşlarında kişiyə yaxınlaşdı. Əlini uzadıb, - sən… - Mürsəl fikrini tamamlaya bilmədi. Erməni kişisi qəflətən üstünə örtdüyü yorğanın arasından çıxardığı tapançasını Mürsələ tuşlayıb, tətəyi çəkdi. Ancaq tələsdiyindən, tapançanı hazır vəziyyətə gətirə bilməmişdi. Bu səbəbdən tətiyi çəksə də, güllə açılmadı. Səhvini düzəltmək üçün, sağ əli ilə tapançanı hazır vəziyyətə gətirməyə çalışdı. Amma artıq gec idi. Cəld tərpənən Mürsəl onun tapançanı tutduğu sağ əlinə bir təpik vurdu. Eyni cəldliklə də, belindəki tapançasını çıxardıb, sinəsinə ardıcıl üç dəfə atəş açdı. Kişi erməni dilində nəsə deyib, arxası üstə divara söykəndi və ağzından qan süzüldü. Alı tapancasını erməniyə tuşlamaqla ehtiyatla Mürsələ yaxınlaşdı, - salamatçılıqdır – deyə onun vəziyyəti ilə maraqlandı. Deyəsən, Mürsəl bərk qorxmuşdu, rəngi saralmış, əlləri isə əsirdi. Alı narahat şəkildə - dığanın tapançası açılsaydı çox ciddi problemlə üzləşərdik - deyə bildirdi. Mürsəl dərindən nəfəs alıb, - hə, yaxşı qurtardıq, - deyə artıq ölmüş erməniyə çəpəki baxa-baxa söyləndi. Alı əli ilə onun kürəyinə iki-üç dəfə vurub - öyrənəcəksən, nə yaşın var ki, - deyib güldü, Mürsəldə başını bulaya-bulaya güldü. Masanın üstündəki, qrafindən stəkana su süzüb, içdi. Daha sonra çarpayıda oturub, gözlərini döyə-döyə onlara baxan qadına yaxınlaşdı. Qadın deyəsən yatıbmış. Hay-küyə, səsə oya-nınca otaqda baş verənləri görüb, çaşıb qalmışdı. Mürsəl tapançanı sinəsinə dirəyəndə qadın yalvarış dolu nəzərlərlə ona baxıb, erməni dilində nə isə söyləndi. Mürsəl onu başa düşmədiyindən acıqlandı:

- İnsan dilində danış görüm, nə demək istəyirsən?

O yenə nə isə dedi.

Mürsəl heç nə başa düşmədiyindən qolları bağlanmış erməni kişilərindən soruşdu:

- Azərbaycan dilində biləniniz var?

Üz-gözü yumruq-təpikdən parçalanmış dolu bədənli, saqqallı bir kişi - mən bilirəm - deyə mızıltılı səslə dilləndi.

- Yaxın gəl.

Dolu bədənli kişi yazıq nəzərlərlə ona baxıb, əl-ayağı bağlı olduğundan gələ bilmədiyinə işarə vurdu.

Mürsəl onun yaxasından tutub sürüyə-sürüyə hələ də çarpayıda donmuş vəziyyətdə dayanan qadının qarşısında saxlayıb dedi:

- Bu qadına başa sal ki, Samvel kimi qaniçəni niyə dünyaya gətirib? Xəbəri varmı ki, oğlu Azərbaycanın kəndlərinə hücum edib, yaşlı qadınları, qoca kişiləri, hamilə anaları öldürür, uşaqları şikəst edir, qolunu-qıçını sındırır, yandırır.

Qadın gözlərini döyə-döyə başının üstünü kəsdirib, qəzəblə ona baxan Mürsəli süzdü.

- Soruş, soruş - deyə Mürsəl şişman ermən-inin böyrünə bir təpik vurdu.

Dolu bədənli kişi Mürsəlin dediklərini erməni dilində qadına tərcümə etdi. Qadın bir xeyli danışdıqdan sonra Mürsəl tərcüməçi erməninin kürəyinə bir yumruq vurdu:

- Bunu başa sal ki, sussun. Görüm nə deyir.

Dolu bədənli kişi qadına nə isə dedi və onun susması ilə fikirlərini tərcümə etdi:

- Qadın deyir ki, Samvel adam öldürə bilməz. Mən onu elə tərbiyə etməmişəm. Azərbaycanlılarla da mənim düşmənçiliyim yoxdur.

Mürsəl yerə tüpürdü. Sonra da ehtiyat üçün yerdən ip götürüb, qadının əlini bağladı. Qışqırmaması üçün onun ağzını yaylıqla bağlamağı da unutmadı. Dəstənin köməkliyi ilə dörd erməni kişisini də, sürüyə-sürüyə ikinci mərtəbədən birinci mərtəbəyə endirdilər. Birinci mərtəbədə sanki məhkəmə qurulmuşdu. Oruc Muradov əsgərləri döyür, onlardan nə isə məlumat əldə etməyə çalışırdı. Karen isə fürsətdən istifadə edib, zorlamaq üçün daha bir qadını sürüyüb, o biri otağa aparırdı. Bu qadın Samvel Xaçaturyanın arvadı, Daşnakstyün partiyasının Dağlq Qarabağ nümayəndəliyinin rəhbəri Mişkin Qriqoryanın qızı idi. Orucgil Karenin Samvelin evində sərbəstlik göstərməsinə mane olmurdular, bir növ onun qadınları zorlamasına, pul-paranı götürməsinə göz yumurdular. Nə də olmasa Karen onlara çox kömək etmişdi. Həm də Oruc düşünürdü ki,

gələcəkdə Karen onlara kəşfiyyat məlumatları ötürməkdə xüsusi agent funksiyasını yerinə yetirə bilər. Bu səbəbdən də “saxla samanı, gələr zamanı” prinsipinə uyğun olaraq Orucun işarəsi ilə Alı Karenin evdə meydan sulamasını gizli şəkildə, kamera ilə lentin yaddaşına köçürürdü. Az sonra Karen zorladığı həmin qadını saçından tutaraq sürüyə-sürüyə, otağa gətirdi. Paltarı cırılmış qadın, dizləri üstündə, iməkləyib, sıra ilə, divara söykənən qadınlara sıxıldı. Karenin səsi eşidildi:

- Ləçər haradadır? Samvelin anasını deyirəm?

Alı Məmmədov:

-Yuxarıda, ikinci mərtəbədədir. Mürsəl ərini cəhənnəmə vasil etdiyindən, indi bayquş kimi tək qalıb, gözlərini döyür.

Karen - hə, bu ləçəri də ərinin yanına göndərmək lazımdır, - deyə ikinci mərtəbəyə çıxmaq üçün addımladı. Gedərkən mətbəxə keçib, oradan bir bıçaqda götürdü. Az sonra əliqanlı ikinci mərtəbədən aşağı endi. O Samvelin anasını öldürmüşdü. Belə vəziyyət uzun çəkə bilməzdi. Kimsə, gələ bilərdi. Bunu dərk edən Oruc üzünü Alı Məmmədov tutub, dedi:

- Tələsmək lazımdır, yır-yığış edib, çıxaq.

Talıb isə heç tələsənə oxşamırdı. O sakit, laqeyd şəkildə, stulda oturub, xəyala dalmışdı. Samvelin evinə basqın etmiş, onun ailəsini, yaxınlarının bəzisini öldürmüş, bəzilərini də nəzarət altına almışdı. Sanki üzərində olan ağır yükün bir hissəsi götürülmüşdü. Qalırdı, anasını və qardaşını girovluqdan azad etmək. Əzizlərinin azad edilməsi üçün bu şəxslərin də özü ilə aparılması və sonradan dəyişdirilməsi vacib idi. Mürsəl də sakit idi. O da öldürülən anasının, qardaşının, atasının, girov götürülən nişanlısı Nərgizin sanki qisasını almışdı.

Orucun - beş qadın, üç əsgər, dörd kişi və beş uşaq, bunları necə aparaq? - sualına cavab çox çəkmədi. Karen bu dəfə də köməyə çatdı:

- Evin yan tərəfində üstü bağlı Qaz-66 var. Bunları maşının kuzovuna mindirib Qara qayaya qədər gedə bilərsiniz.

Karen xəbərdarlıq etməyi də unutmadı:

- Oradan yolla Ağdama getmək təhlükəlidir.

- Düz deyirsən - Talıb bu dəfə erməni ilə razılaşdı.

Oruc Muradov dəqiqləşdirmək üçün dedi:

- Bəs qapının ağzındakı mühafizəçini nə edək?

Samvel kimi qan düşmənindən qisas almasından sevincək olan Karen – bu, heç də problem deyil - deyə bildi. Sonra da əlavə etdi:

- İndi Mürsəllə mən gedib mühafizəçini içəri dəvət edərik. Və həyətdə onun axırına çıxarıq.

- Yaxşı, - deyə Oruc Muradov məsləhətə etiraz etmədi. Ancaq - ehtiyatlı olun - deməyi də, unutmadı. Sonra da nəzarət altına aldıqları ermənilərə göstəriş verdi:

- Hazırlaşın gedirik.

Ermənilər gözlərini döyə-döyə ona baxdılar. Bu dəfə də bayaqkı tərcüməçi, dolu bədənli erməni göstərişi qorxaq baxışlarla gözlərini Oruca zilləyən ermənilərə tərcümə etdi. Dərhal çətinliklə də olsa ayağa durub, geyinməyə, özlərinə pal-paltar götürməyə başladılar. Bu məqamda üç erməni əsgərindən biri, əl-qol atmağa, dəstəyə etiraz etməyə cəhd göstərdi. Bu Samvel Xaçaturyanın yaxın dostu və ailəsinin mühafizəsinin başçısı idi.

Sual-cavabdan sonra onun Xoren Balayan olduğu məlum oldu. İddiasını və təkəbbürünü hələ də nümayiş etdirirdi. Bu da Xorenin həddən artıq içki qəbul etməsindən irəli gəlirdi. Yəni onu kişiləşdirən, əl-qol atmağa məcbur edən içkinin təsiri idi. Sərxoş olması, hələ də baş verənləri tam şəkildə dərk etməsinə imkan vermirdi. İlkin onu yola gətirmək, özünə tabe etdirmək fikrində deyildi. Dostlarının nə qərar verəcəyini gözləmədən, onu ayağa qaldırdı. Tapançasını ürəyinə tuşlayıb, iki dəfə atəş açdı. Ayaq üstə olan erməni taxta parçası kimi arxası üstə yerə dəydi.

(Ardı var)

İlham Əliyev,

Yazıçı-publisist