5 nəfər qayıqda həyatını itirdi

Tunis Müdafiə Nazirliyinin sözçüsü Məhəmməd Zəkəri paytaxt Tunisin cənubunda yerləşən Şafaks şəhəri sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batması ilə bağlı açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada 32 qeyri-qanuni miqrantı daşıyan qayığın batdığı, aralarında 10 yaşlı qız uşağı da olmaqla 5 nəfərin həyatını itirdiyi və 21 miqrantın xilas edildiyi, həmçinin, 6 itkin adamın axtarışının davam etdiyi bəyan edilib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə