Kaxa Kaladze Tbilisinin meri seçkilərində qalib gəlir

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 30-da keçirilmiş təkrar seçkilərin bəzi dairələr üzrə ilkin nəticələrini açıqlayıb.

SİA xəbər verir ki, paytaxt Tbilisi üzrə yaradılmış 769 seçki məntəqəsinin 768-də və ya 99,87 faizində səslər hesablanıb.

Hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının namizədi Kaxa Kaladze 55,6 faiz səs toplayaraq, Tbilisinin meri seçkilərində qalib gəlir.

Onun rəqibi – müxalif "Vahid Milli Hərəkat" partiyasının namizədi Nika Meliya isə 44,4 faiz səs toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə