Blue Origin kosmik stansiya tikməyi planlaşdırır

“Amazon”-un qurucusu Ceff Bezosa məxsus Blue Origin kosmos və aerokosmik şirkəti 10 il ərzində “Orbital Reef” adlı stansiyasını işə salmağı planlaşdırdığını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, şirkət tərəfindən yayımlanan açıqlamada stansiyanın kosmosda xidmət edən bir iş parkı olacağı və 10-a qədər şəxsin yerləşə biləcəyini ifadə edib.

Şirkət həmçinin 32 min kvadratmetr sahəni əhatə etdiyi bildirilən stansiyanın tikintisi üçün Sierra Space və Boeing ilə əməkdaşlıq edəcək. “Blue Origin” qeyd edib ki, stansiya müştərilərə mikroqravitasiyada çəkiliş və ya qabaqcıl tədqiqatların aparılması üçün ideal şərait yaradacaq və həmçinin kosmik oteli də təşkil edəcək.

Layihənin neçəyə başa gələcəyi ilə bağlı məlumat hələlik paylaşdırılmayıb. 2030-cu ildə istismar müddətini başa vuracaq Beynəlxalq Kosmik Stansiya hazırda böyük problemlərlə mübarizə aparır. Rusiyanın aerokosmik şirkəti RKK Energiyanın baş direktorunun müavini Solovyov Beynəlxalq Kosmik Stansiyada bəzi elementlərin sıradan çıxmağa başladığını, problemlərin 2025-ci ildən sonra artacağını və çoxalacağını qeyd edib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə