Gürcüstanın Batumi şəhərində çökən binanın dağıntıları altından çıxarılan meyitlərin sayı beşə çatıb. SİA-nın məlumatına görə, dağıntılar altından daha 1 nəfər azyaşlının meyiti çıxarılıb.
Hazırda ümumilikdə hadisə qurbanlarının sayı beş olaraq bildirilir.
Məlumata əsasən, həlak olanlardan biri uşaqdır. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, Batumidə 70-ci illərin sonlarında inşa edilən beş mərtəbəli bina, oktyabrın 8-də günorta saatlarında çöküb. Binada 12 mənzili olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB