Misir Prezidenti mədən sənayesinin inkişafı üzrə plan işlənib hazırlanmasını tapşırıb

Misir Prezidenti Əbdülfəttah əl-Sisi ölkənin Baş Naziri Mustafa Mədbuli və Neft və Mineral Ehtiyatlar naziri Tarik Əl-Mollaya mədən sənayesinin inkişafı üzrə əhatəli strateji plan işlənib hazırlanması tapşırığını verib.

SİA Misir Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, strateji plan müxtəlif sahələri, xüsusən mineral ehtiyatlar, neft kimyası, qaz hasilatını ehtiva edəcək. Bu kontekstdə emal sənayesinin inkişafı ön planda olacaq. Misir Prezidenti yeni təbii qaz yataqlarının kəşfi və istismarı üzrə qlobal neft-qaz şirkətləri ilə əməkdaşlığın daha da gücləndirliməsinin zəruriliyini vurğulayıb. O, əhalinin mavi yanacağa olan tələbatının tam ödənilməsi barədə də göstəriş verib.

Misirin dövlət başçısına Şərqi Səhra ərazisində yerləşən “İqat” qızıl mədənlərinin fəaliyyəti barədə də məlumat verilib. Qeyd olunub ki, bu mədənlərin istismarı dövlət xəzinəsinə yüz milyonlarla dollar məbləğində gəlir gətirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə