Qar uçqunu nəticəsində ölənlərin sayı 11-ə çatıb

Qar uçqunu nəticəsində ölənlərin sayı 11-ə çatıb

Kabardin-Balkariyada baş verən qar uçqunu nəticəsində ölənlərin sayı 11-ə çatıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

İlkin məlumatlara görə, iki nəfər ölüb. Altı nəfər barədə hələ də məlumat yoxdur. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, ötən gün Bezengi dərəsindəki Mijirgi dağında uçqun baş verib. Bir qrup alpinist qar uçqunu altında qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə