İngiltərə və Uelsdə bu ilin iyulu meteoroloji müşahidələrin aparıldığı son 190 ilin ən quraq iyul ayı olmaq üzrədir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Böyük Britaniyanın meteorologiya xidmətinin məlumatına görə, iyulun 30-dək İngiltərədə 5,6 millimetr yağıntı qeydə alınıb. Bu, iyul ayı üzrə uzunmüddətli orta göstəricinin 8 faizini təşkil edir və 1911-ci ildə qeydə alınmış 13,4 millimetrlik əvvəlki rekorddan xeyli aşağıdır.
Uelsdə isə bu göstərici 7,9 millimetr olub. Bu da uzunmüddətli orta göstəricinin 8 faizinə bərabərdir və 1911-ci ildə qeydə alınmış 22,6 millimetrlik rekord minimumdan təxminən üç dəfə azdır.
Ümumilikdə Böyük Britaniya üzrə builki iyul ayı tarixdə üçüncü ən quraq iyul hesab olunur. Bu, həm də 1868-ci ildən bəri ölkə üzrə qeydə alınan ən quraq iyul ayıdır.
Quraq hava şəraiti meşə yanğınları riskini də əhəmiyyətli dərəcədə artırıb. Bundan əvvəl İngiltərənin yarıdan çoxunda və Uelsin bütün ərazisində rəsmi quraqlıq elan edilib.
İngiltərənin Ətraf Mühit Agentliyi ölkənin yarıdan çox hissəsində ani quraqlıq vəziyyətinin yarandığını açıqlayıb. Bildirilir ki, su ehtiyatları təbiətin onları bərpa edə biləcəyindən daha sürətlə tükənir. Şotlandiyada rəsmi quraqlıq elan edilməsə də, su ehtiyatlarının vəziyyəti izlənilir. Şotlandiya Ətraf Mühitin Mühafizəsi Agentliyinin məlumatına əsasən, ölkənin şərqindəki bəzi ərazilərdə su qıtlığı ən yüksək əhəmiyyətli qıtlıq səviyyəsinə çatıb.
Quraqlıq səbəbindən çaylarda suyun səviyyəsi aşağı düşüb, məhsul yığımına isə həmişəkindən daha erkən başlanılıb. Su ehtiyatlarına qənaət məqsədilə artıq 20 milyondan çox insan üçün bağ şlanqlarından istifadə məhdudlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB