ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və İsrailin xarici kəşfiyyat xidməti "Mossad" İranın ali rəhbəri Müctəba Xameneinin yerini müəyyənləşdirmək məqsədilə birgə əməliyyat həyata keçirir. Bu barədə "The Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, əməliyyatın məqsədi Müctəba Xameneini zərərsizləşdirmək deyil. Kəşfiyyat xidmətləri onun sağ olub-olmadığını, harada yerləşdiyini və sağlamlıq vəziyyətini müəyyən etməyə çalışırlar.
Məlumata görə, Müctəba Xamenei fevralın 28-dən bəri elektron rabitə vasitələrindən istifadə etmədiyi üçün əməliyyatda yalnız yerli agentlərdən yararlanılır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB