2026 Dünya Kubokunun açılış mərasimi Kolumbiyalı müğənni Şakiranın ifası ilə başlayıb
2026 FIFA Dünya Kuboku Meksikanın paytaxtı Mexikoda yerləşən Estadio Azteca stadionunda keçirilən açılış mərasimi ilə start götürüb. Meksika və Cənubi Afrika yığmaları arasında baş tutan ilk oyundan əvvəl təşkil olunan açılış mərasiminə məşhur sənətçilərin çıxışları rəng qatıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, açılış mərasiminin əsas siması kolumbiyalı müğənni Şakira olub. Dünya Kuboku səhnəsinə dördüncü dəfə çıxan ifaçı turnirin rəsmi mahnısı olan “Dai Dai”ni səsləndirib.
Mərasimdə sürpriz qonaqlar da yer alıb. Məşhur italiyalı tenor Andrea Bocelli və meksikalı aktrisa Salma Hayek də çıxışları ilə tədbirə xüsusi rəng qatıblar.
48 komandanın iştirak etdiyi dünya çempionatı təxminən altı həftə davam edəcək. Turnirin oyunları ABŞ-ın 11, Meksikanın 3 və Kanadanın 2 şəhərində olmaqla ümumilikdə 16 şəhərdə keçiriləcək.
Dünya futbolunun ən mötəbər yarışlarından biri sayılan çempionatın açılış mərasimi azərkeşlərə və izləyicilərə yaddaqalan anlar yaşadıb.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB