Zelenski Londona gedib - Avropa liderləri ilə danışıqlar başlayır

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın Baş naziri Keyr Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merzlə danışıqlar aparmaq üçün Londona gəlib. SİA-nın məlumatına görə, bu barədə V. Zelenski Teleqram kanalında məlumat yayıb.

SİTAT: "Bu gün Böyük Britaniyada Keyr Starmer ilə ikitərəfli danışıqlarımız və "E3 plus Ukrayna" formatında görüşümüz olacaq. Görüşdə Ukraynaya hərbi dəstək, Avropa təhlükəsizliyi məsələlərində əməkdaşlıq və danışıqlar prosesi müzakirə olunacaq"- Ukrayna lideri bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə