“Yoldaş Nikol yoldaş Trotskinin təhlükəli cığırı ilə gedir" - Medvedyev İrəvanı HƏDƏLƏDİ
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Ermənistanın Baş naziri Nikol Paşinyanla bağlı yeni aşağılayıcı palaşım edib. D.Medvedyev rəsmi İrəvanın həm Avrasiya İqtisadi İttifaqında qalmaq, həm də Avropa Birliyinə inteqrasiya kursunu eyni vaxtda davam etdirmək cəhdlərini tənqid edib. Rusiya rəsmisi bu barədə paylaşımında bildirib ki, Paşinyanın Ermənistanın hansı inteqrasiya birliyində yer almalı olduğu ilə bağlı referendum məsələsinə yanaşması ona Lev Trotskini xatırladır:
“Yoldaş Nikol yoldaş Lev Trotskinin təhlükəli cığırı ilə gedir. Ermənistanın Aİİ-də, yoxsa Avropa Birliyində qalması ilə bağlı referendum çağırışlarına cavab olaraq Trotskinin məşhur formulasını tətbiq edib: “Nə müharibə, nə sülh, ordunu isə buraxmaq”. Yəni referendum keçirməyəcəyik, bizi AB-yə çağırana qədər gözləyəcəyik, sonra isə Avropaya qaçacağıq”.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB