ABŞ prezidenti Donald Tramp hökumət əleyhinə etirazlara görə edam cəzasına məhkum edilmiş səkkiz iranlı qadının İran hakimiyyəti tərəfindən əfv edildiyini açıqladı.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu Tramp sosial media platforması Truth Social-da yazıb: "Dörd nəfər (qadın - Kommersant) dərhal azadlığa buraxılacaq, dörd nəfər isə... bir aylıq həbs cəzasına məhkum ediləcək". Prezident İran hökumətinə "xahişini yerinə yetirdiyinə" və edamları ləğv etdiyinə görə minnətdarlığını bildirib.
21 apreldə İsrail tərəfdarı fəal Eyal Yacobi səkkiz qadının şəkillərini paylaşdı və tezliklə asılacaqlarının gözlənildiyini bildirdi. Donald Tramp paylaşımı yenidən paylaşdı və İranı iranlı qadınları əfv etməyə çağırdı. İslam Respublikasının məhkəmə sistemi iddia edir ki, qadınlar heç vaxt edam cəzasına məhkum edilməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB