Livanda Hizbullah komandiri öldürüldü

İsrail ordusu Livanın paytaxtı yaxınlığında Hizbullahın yüksək rütbəli komandirlərindən birinin zərərsizləşdirildiyini açıqlayıb.

SİA-nın məlumatına görə bu barədə İsrail Müdafiə Qüvvələrinin yaydığı rəsmi məlumatda bildirilir ki, İsrail Hərbi Hava Qüvvələri hərbi kəşfiyyat idarəsi “Aman”ın rəhbərliyi ilə Beyrut bölgəsində dəqiq aviazərbə həyata keçirib.

Məlumata görə, hücum nəticəsində Hizbullahın atəş gücünün idarə edilməsinə məsul olan və Cənubi Livandakı artilleriya bölmələrinin komandiri kimi fəaliyyət göstərən Zeyd Əli Camea məhv edilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə