SEPAH-ın Təbrizdəki bazası məhv edildi

Bu gün ABŞ və İsrail hərbi hava qüvvələri SEPAH-ın Təbrizdə yerləşən Aşura Diviziyasının qərargahını bombalayıb. Bu barədə Gunaz.tv xəbər yayıb. SEPAH bu məlumatı təsdiq edib. Hava zərbələri nəticəsində ölən və yaralananların sayı barədə açıqlama verilməyib.

Yerli mənbələr hava zərbələrinin əvvəlki günlərlə müqayisədə şiddətli olduğunu bildiriblər. Onların sözlərnə görə, partlayış dalğaları nəticəsində Təbrizin Şahnaz, Taliqani, Pastor və Xətib bölgələrində evlərn şüşələri qırılıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə