...İsrail İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandiri general Məhəmməd Fəhpurun şənbə günü səhər öldürüldüyünə inanır.
Zərbə "Aslanın nəriltisi" əməliyyatının əvvəlində baş verib. SİA-nın əldə etdiyi məlumata görə, cursorinfo.co.il xəbər verir ki, Fəhpur İsrailin sələfi Hüseyn Səlamini “Aslan kimi xalq” əməliyyatı zamanı öldürməsindən sonra vəzifəyə başlayıb.
İran rəsmi olaraq bu xəbərləri təkzib edib.
Rejimə bağlı bir kanal bütün ordu komandirlərinin sağ və zərərsiz olduğunu bildirib.
O, "düşmən mənbələrin yaydığı şayiələrə inanmamağa" çağırıb.
Bir müddət əvvəl Reuters agentliyi İran rəhbərliyinə yaxın bir mənbəyə istinadən bir neçə yüksək vəzifəli İslam İnqilabı Keşikçiləri Korpusu komandirinin və siyasi xadimin ölümü barədə məlumat vermişdi.
...Bir İsrail mənbəyi Reuters-ə bildirib ki, ilkin zərbədə İsrail Ali Rəhbər Əli Xamenei və prezident Məsud Pezeşkiana sui-qəsd cəhdi edib.
Bu hücumun nəticələri hələ də məlum deyil.
Əməliyyatda iştirak edən əlavə mənbələr CNN-ə bildiriblər ki, hədəflər arasında İranın yeni Müdafiə Şurasının katibi Əli Şamxani və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də var.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB