Ermənistanın Kotayk rayonunun Proşyan kəndində Gömrük və Logistika Mərkəzi tikiləcək.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq qərar 19 fevralda hökumətin iclasında qəbul edilib. O, Avropa Yenidənqurma və İnkişaf Bankının 39 milyon avro məbləğində krediti və qrantı hesabına tikiləcək.
Qərarın əsaslandırılmasında kredit müqaviləsinin 19 sentyabr 2025-ci ildə imzalandığı bildirilir. Həmin gün 6 milyon avroluq qrant müqaviləsi imzalanıb.
Qeyd olunur ki, kredit və qrant müqavilələri çərçivəsində vəsaitlərə Ermənistan hökumətinin ƏDV öhdəliklərini ödəmək üçün istifadə ediləcək birgə maliyyələşdirmə payı daxil deyil. Hökumətdən kredit və qrant vəsaitlərinin birgə maliyyələşdirilməsinin məbləği 9 milyon avro təşkil edəcək ki, bunun 7,8 milyon avrosu kreditdən (müvafiq olaraq 6 milyon avro və 1,8 milyon avro olmaqla iki tranşda), 1,2 milyon avrosu isə qrantdan olacaq.
Proqramın həyata keçirilməsi çərçivəsində kredit və qrant vəsaitlərinin Xarici İqtisadi Fəaliyyət Mərkəzinin (XİFM) və Dövlət Gəlirləri Komitəsi üçün inzibati binanın tikintisi, eləcə də avadanlıqların, digər malların və xidmətlərin, o cümlədən konsaltinq xidmətlərinin alınmasının maliyyələşdirilməsi üçün istifadə edilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB