İran ərazisində neçə kiloqram zənginləşdirilmiş uran var?

İran ərazisində neçə kiloqram zənginləşdirilmiş uran var?

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi "Foreign Policy" jurnalına müsahibəsində bildirib ki, İran ərazisində təxminən 440 kq 60 %-dək zənginləşdirilmiş uran ola bilər. "Son məlumatlara görə, təxminən 440 kq 60 %-dək zənginləşdirilmiş uran mövcud ola bilər. Bu da o deməkdir ki, orada böyük nüvə materialları ehtiyatı var", - o deyib. R. Qrossi qeyd edib ki, hazırda AEBA müfəttişlərinin İranın nüvə obyektlərinə girişi yoxdur.

"Məhz buna görə də, digər məsələlərlə yanaşı, bu girişin bərpası çox vacibdir. Başqa bir məqam da var: nüvə materialları hələ də oradadır", - agentliyin direktoru bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə