ABŞ Yaxın Şərqdə FƏALLAŞIR - iki gündə 30-dan çox reyslə yük daşınıb

ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus ağır hərbi-nəqliyyat təyyarələri Yaxın Şərq bazalarına fəal şəkildə yük daşımağa davam edir. "İnterfaks" "Flightradar24" və "ADS-B Exchange" aviasiya resurslarına istinadən xəbər verir ki, son iki gün ərzində "C-17A Globemaster III" və "C-5 Galaxy" təyyarələri 30-dan çox reys həyata keçirib, əsasən Texas ştatından - Patriot və THAAD sistemləri ilə təchiz olunmuş ordu birləşmələrinin və hava hücumundan müdafiə (HHM) bölmələrinin yerləşdiyi aerodromlardan havaya qalxıblar.

ABŞ-nin "KC-135 Stratotanker" və "KC-46 Pegasus" yanacaqdolduran təyyarələri əlavə döyüş aviasiyası qruplarının ABŞ ərazisindən və Avropa bazalarından köçürülməsinə dəstək məqsədilə 30-dan çox reys həyata keçirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə