Tramp: Dünyanın qorunması üçün bu böyük buz parçasını istəyirik

"Həm Qrenlandiya, həm də Danimarka xalqına böyük hörmətim var, amma hər bir NATO müttəfiqi öz ərazisini müdafiə edə bilmək məcburiyyətindədir”.

SİA-nın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

O, ABŞ-ın Qrenlandiyada təhlükəsizliyi təmin etmək mövqeyində olan yeganə ölkə olduğunu bildirib. “Dünyanın qorunması üçün bu böyük buz parçasını istəyirik. Beləliklə, onların seçimi var. Siz "bəli" deyə bilərsiniz və biz çox minnətdar olacağıq, yaxud "yox" deyə bilərsiniz, biz bunu xatırlayacağıq”, - deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti Qrenlandiyanı əldə etmək üçün gücdən istifadə etmək niyyətində olmadığını da bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə