...ABŞ prezidenti Donald Trampın adanın ABŞ tərəfindən satın alınması ilə bağlı razılaşma əldə edilməzdən əvvəl Danimarka və digər Avropa ölkələrinə qarşı tariflərin artırılması barədə açıqlamasından sonra Qrenlandiya üzərində transatlantik münaqişə daha da şiddətlənib. Buna baxmayaraq, Vaşinqton, Kopenhagen və NATO müttəfiqləri açıq münaqişənin qarşısını ala və hətta Arktikada təhlükəsizliyi gücləndirə biləcək addımlar atırlar.
SİA-nın məlumatına görə, bu barədə Atlantic Council yazır.
Hazırda gərginliyin azaldılmasının üç əsas sahəsi müzakirə olunur:
Birincisi, diplomatiya. 14 yanvarda Vaşinqtonda ABŞ, Danimarka və Qrenlandiyadan olan nümayəndələr ABŞ-ın maraqlarını və Danimarkanın "qırmızı xətlərini", o cümlədən suverenliyini qorumaq məsələlərini müzakirə etmək üçün yüksək səviyyəli işçi qrupu yaratmaq barədə razılığa gəliblər.
İkincisi, ABŞ Konqresinin hərəkətləri. Nümayəndələr Palatasında və Senatda Danimarka da daxil olmaqla, NATO müttəfiqlərinə qarşı hərbi əməliyyatlar üçün büdcə vəsaitlərinin istifadəsini qadağan edən ikipartiyalı qanun layihələri təqdim edilib.
Üçüncüsü, çəkindirmə. Danimarka və bir neçə Avropa NATO ölkəsi hərbi iştiraklarını artırır və Qrenlandiyada təlimlər keçirir.
Ağ Ev Çin və Rusiyanın Arktikada artan fəaliyyətindən narahat olduğunu iddia edir, lakin ekspertlər qeyd edirlər ki, Tramp administrasiyası yerinə yetirilməmiş konkret təhlükəsizlik tələbləri irəli sürməyib və ya Amerika hərbi mövcudluğunu genişləndirmək üçün addımlar atmayıb. Bunun əvəzinə, Vaşinqtonun ritorikası getdikcə Trampın əvvəllər "psixoloji cəhətdən zəruri" adlandırdığı ilhaq ideyası ətrafında fırlanır.
Avropada bu açıqlamalar reaksiya doğurub. Almaniya, Fransa, Birləşmiş Krallıq, Skandinaviya ölkələri və Hollandiya Qrenlandiyaya kiçik hərbi kontingentlərin yerləşdirildiyini elan ediblər.
Bu qüvvələr münaqişədə ABŞ-la qarşılaşa bilməsələr də, sürətli və "ucuz" hərbi əməliyyat ssenarisini çətinləşdirir və çəkindirici amil rolunu oynayır. Analitiklər qeyd edirlər ki, razılaşma ən real seçim olaraq qalır.
Mümkün variantlara 1951-ci il Qrenlandiya Müdafiə Sazişinin təsdiqlənməsi və ya yenilənməsi, eləcə də adanın müstəqil olarsa, gələcəyinin müzakirəsi daxildir - məsələn, Amerika təhlükəsizlik zəmanətlərini qorumaq və potensial olaraq Qrenlandiyanın NATO-ya qoşulmasına icazə vermək. Ekspertlər xəbərdarlıq edirlər ki, Qrenlandiyanı güc yolu ilə ələ keçirmək cəhdi NATO-ya və transatlantik ittifaqa ciddi zərbə vuracaq.
Eyni zamanda, kompromis razılaşması təkcə gərginliyi azaltmaqla yanaşı, Arktikada kollektiv təhlükəsizliyi də gücləndirə və ABŞ və müttəfiqlərinin böhrandan daha birləşmiş şəkildə çıxmasına imkan verə bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB