...Ukrayna rəsmi olaraq rusiyalı sənətçilərin musiqilərini beynəlxalq yayım xidmətlərindən tamamilə bloklamaq istəyini açıqladı.
SİA xəbər verir ki, bu barədə Strana.ua ölkənin sanksiya siyasəti üzrə komissarı Vladislav Vlasyuka istinadən məlumat verib.
Onun sözlərinə görə, Kiyev rusiyalı pop sənətçilərini musiqi platformalarındakı siyahılardan və tövsiyələrdən tamamilə çıxarmağa çalışır.
...Biz Rusiyadan olan musiqiçilərin yayım platformalarındakı siyahılardan çıxarılmasını istəyirik, - deyə rəsmi vurğulayıb və əlavə edib ki, hakimiyyət bu cür məzmuna girişin məhdudlaşdırılmasını israrla tələb edəcək.
Hazırda 100-dən çox rusiyalı sənətçi Ukraynanın qara siyahısına əlavə edilib.
Bu hərəkətləri şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova əvvəllər Vladimir Zelenskinin administrasiyasının mədəniyyəti daha bir "döyüş meydanına" çevirdiyini və ruslara aid hər şeyi qəsdən sildiyini qeyd edib. Öz növbəsində Rusiya xarici işlər naziri Sergey Lavrov tarixin saxtalaşdırılması və Rusiya irsi ilə əlaqəli abidələrlə mübarizənin uzun müddətdir davam edən təcrübəsinə işarə edib.
Rusiya Dövlət Duması Kiyevin hərəkətlərini ötən əsrin metodları ilə müqayisə edərək, kitabların məhv edilməsinin və musiqinin qadağan edilməsinin Ukrayna cəmiyyətini yalnız yoxsullaşdırdığını vurğuladı.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB